Mayın 28-də, yəni Avropa Parlamentinə seçkilərdən sonra Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin liderlərinin Brüsseldə növbədənkənar görüşü nəzərdə tutulur.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin bəzi rəsmiləri bildiriblər. Belə ki, görüşdə Avropa Komissiyası prezidenti vəzifəsinə Jan Klod Yunkerin xələfinin namizədliyi müzakirə olunacaq.
Xatırladaq ki, Avropa Parlamentinə seçkilər 23-26 may tarixində keçiriləcək, yeni parlamentin 2 iyul tarixindəki ilk iclasında isə Avropa Komissiyası prezidentliyinə namizəd irəli sürüləcək.
Sammitin keçiriləcəyi barədə Avropa Şurasının prezidenti Donald Tusk tərəfindən mayın 9-da Rumıniya səfəri zamanı məlumat veriləcəyi gözlənilir.