Avropa İttifaqının binasında yenə tüstülənmə olub, zəhərlənənlər var

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Brüsseldəki binasında baş verən tüstülənmə nəticəsində əməkdaşlar zəhərlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın oktyabrın 18-də yaydığı bəyanatda vurğulanıb.

İşçilər ehtiyat tədbiri olaraq binadan təxliyyə edilib.

Hadisə binanın mətbəxində ventilyasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən baş verib.

Qeyd edək ki, oktyabrın 19-20-də bu binada Avropa İttifaqına üzv dövlətlərin başçılarının sammiti keçiriləcək. Oktyabrın 13-də də Aİ-nin bu binasında eyni yerdə və eyni səbəbdən tüstülənmə baş vermişdi. 

Digər xəbərlər