Bakı. 30 avqust. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) BMT Baş Assambleyası çərçivəsində Suriya məsələsi üzrə nazirlərin görüşünü keçirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini İttifaqın müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Vyanaya gəlişi zamanı bildirib.
"Avropa İttifaqı bu ilin sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Suriya məsələsi üzrə xarici işlər nazirlərinin görüşünü təşkil edəcək", - F.Mogerini deyib.