Bakı. 19 iyul. REPORT.AZ/ Avropa Komissiyası Macarıstan və Almaniyanın üçüncü enerji zərfinin normalarının tələblərini yerinə yetirmədiyinə görə bu ölkələrdən Avropa Məhkəməsinə şikayət edib.
“Report” TASS-a istindən xəbər verir ki, bu məlumatı iyulun 19-da Avropa Komissiyası yayıb.
Bu, təbii qaz və elektrik enerjisi bazarının liberallaşdırlması üzrə Avropa İttifaqının qanunudur. Qanun Avropa İttifaqı Şurası və Avroparlament tərəfindən 2009-cu ilin iyulunda qəbul edilib, sentyabrın 3-də isə qüvvəyə minib. Bu sənədin əsas məqamı təbii qaz və elektrik enerjisi tədürükçülərinin inhisarçılığını məhdudlaşdırmaqdır.