Argentinanın səhiyyə naziri COVID-19-a yoluxdu

Argentinanın Səhiyyə naziri Karla Vissotti yeni növ koronavirus infeksiyasına yoluxub.

“Report”un məlumatına görə, bu barədə nazirin özü tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, martın 1-də parlament iclasının açılışında iştirak etmək üçün koronavirus testi verib:

“Mənə nəticənin müsbət olduğunu söylədilər. Bu baxımdan yaxın günlərdə mövcud protokola əsasən təcriddə olacağam”.

“Todo Noticias TV” kanalına görə, Vissotti ilə görüşən Baş nazir Santiaqo Kafiero da təcrid olunub.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12