Argentinanın qərbində zəlzələ baş verib

Bakı. 1 avqust. REPORT.AZ/ Argentinanın qərbində yerləşən La Rioxa əyalətində 5,6 bal gücündə zəlzələ olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanlar Qrinviç vaxtı üzrə saat 06:13-də qeydə alınıb.

Zəlzələnin episentri Vinçina yaşayış məntəqəsindən 53 km qərbdə yerləşib. Zəlzələ ocağı 85,1 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar, dağıntılar barədə hələlik heç bir məlumat yoxdur.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09