Argentinada pensiya islahatları ilə bağlı etirazlar zamanı 160 nəfərdən çox insan xəsarət alıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Argentinanın paytaxtı Buenos-Ayresdə hüquq-mühafizə orqanlarının əməkdaşları və pensiya islahatlarına qarşı etiraz edənlər arasında toqquşmalar nəticəsində 160 nəfərdən çox inan xəsarət alıb. "Report" bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd olunur ki, kömək üçün 162 nəfər həkimə müraciət edib, onlardan 80-dən çoxu polislərdir.

Bundan başqa, bildirilir ki, polis 81 nəfəri saxlayıb.

Nümayişçilər polislərə daş, şüşə və tüstü buraxan şaşka atıb, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz və rezin güllələrdən istifadə ediblər.

Digər xəbərlər