Argentinada güclü zəlzələ olub

Argentinanın şimal-qərbində yerləşən Jujuy əyalətində 6,2 bal gücündə zəlzələ olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avropa Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanların episentri San-salvador-de-Jujuy şəhərindən 175 km qərbdə, yerin 170 km dərinliyində yerləşib.

Təbii fəlakət nəticəsində itki, xəsarət alan və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10