Argentinada 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Argentinanın şimal regionlarında 5,2 bal gücündə zəlzələ baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, yeraltı təkanların episentri el-Qalpon şəhərindən 50 km cənunda olub. Təbii fəlakətin ocağı 28.9 km. dərinlikdə yerləşib.

Zərərçəkən və dağıntılar barədə məlumat daxil olmayıb.

Digər xəbərlər

İraq işıqsız qalıb 04 mart, 2026 / 23:31