Aralıq dənizinin İspaniya sahillərində 200-dən çox miqrant xilas edilib

Bakı. 30 iyul. REPORT.AZ/ İspaniya sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində köməksiz vəziyyətdə qalan daha 211 miqrantı xilas ediblər.

"Report" “figaro.fr” saytına istinadla xəbər verir ki, 11 qayıqda olan 200-dən çox miqrant İspaniya ilə Mərakeşi ayıran Cəbəllütariq boğazında sahilə çıxarılıb. Onlar İspaniyanın cənubunda yerləşən Əndəlis bölgəsindəki Əlcəzirə limanına aparılıblar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10