Bakı. 2 oktyabr. REPORT.AZ/ Aralıq dənizinin qərbində qaçqınların olduğu qayığın batması nəticəsində 34 nəfər ölüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Joel Milman bildirib.
Onun sözlərinə görə, qayığın göyərtəsində 60 nəfər olub. Onlardan 34 ölüb, 26-sı isə xilas edilib. J.Milman bildirib ki, Mərakeş və İspaniyanın yerli rəsmiləri hadisə ilə bağlı məlumatlandırılıblar.