Avropa Parlamenti Britaniya tərəfindən təsdiqlənmə olmadan “Brexit” razılaşması üzrə səs verməyəcək

Avropa Parlamenti Böyük Britaniya parlamenti tərəfdən təsdiqlənmə olmadan Birləşmiş Krallığın Avropa İttifaqından çıxması (Brexit) şərtləri barədə saziş üzrə səsvermə keçirməyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin bəyanatında deyilir.

"Brexit” ilə bağlı qəbul etdiyimiz qətnaməyə uyğun olaraq, Böyük Britaniya parlamenti Avropa İttifaqı ilə razılaşmanı təsdiqləməyincə Avropa Parlamenti heç bir səsvermə keçirməyəcək”, - bəyanatda vurğulanıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43