Amerikalı qubernator: “Dərin kədər və itkisində Azərbaycan xalqının yanındayıq”

“Dərin kədər və itkisində Azərbaycan xalqının yanındayıq”.

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Birləşmiş Ştatların Nyu-Cersi ştatının qubernatoru Fil Merfi (Phil Murphy) tviterdəki hesabında Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar paylaşımında yazıb.

Merfi faciədən 31 il keçdiyini və Azərbaycan xalqının kədərinə şərik olduğunu qeyd edib: "Xocalı Soyqırımı zamanı yüzlərlə günahsız azərbaycanlının həlak olmasından 31 il keçir. Biz bu vəhşilikləri və həyatları əlimizdən alınan qiymətli canları heç vaxt unutmayacağıq".

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10