Amerikalı kinoprodüser Harvi Vaynşteyn Nyu-York polisinə təslim olub

Bakı. 25 may. REPORT.AZ/ ABŞ-ın məşhur kinoprodüseri Harvi Vaynşteyn Nyu-Yorkda polisə gedərək təslim olub.

"Report" "CBS News" kanalına istinadən xəbər verir ki, polis dərhal onu həbs edib.

Qeyd edilir ki, H.Vaynşteynin birinci dərəcəli təcavüzdə, eləcə də başqa qadına qarşı cinsi zorakılıqla ittiham olunacağı gözlənilir.  

Digər xəbərlər