Əfqanıstanda ABŞ hərbçi ölüb

Amerikalı hərbçi Əfqanıstanda hərbi xidmət zamanı ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, onun ölümü hərbi əməliyyatla bağlı deyil. ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Corciya ştatından olan 22 yaşlı hərbçi Nanqarhar vilayətində dünyasını dəyişib.

Faktla bağlı təhqiqat aparılır. Pentaqon hadisə ilə bağlı əlavə məlumat verməyib. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12