Alp dağlarında qar uçqunu olub, ölənlər var

Ötən gün İtaliya-Avstriya sərhədində qar uçqunu baş verib. 

“Report” DW-yə istinadən xəbər verir ki, hadisə İtaliyanın Alto Adice (Cənubi Tirol) regionunun Bolzano əyalətində qeydə alınıb. 

Belə ki, 1 kilometr uzunluqda və 200 metr enində olan qar kütləsi xizək gəzintisinə çıxmış Almaniya vətəndaşı olan 35 yaşlı qadın ilə 7 yaşlı qızı və onlarla olan daha bir 7 yaşlı qız uşağının üzərinə uçub. Nəticədə qadın və uşaqlardan biri hadisə yerində ölüb, qadının qızı isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43