Alp dağlarında qalan 150 xizəkçi vertolyotla təxliyyə edilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Fransada təqribən 150 xizəkçi Alp dağlarında qaldırıcı kranın qırılması səbəbindən kanat yolunda qalıb.

“Report” xəbər verir ki, xilasedicilər vertolyotlar vasitəsi ilə istirahət edənləri təxliyyə ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10