Anneqret Kramp-Karrenbauer Almaniya Bundestaqının növbədənkənar iclasında ölkənin müdafiə naziri kimi and içib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Andiçmədən dərhal sonra Kramp-Karrenbauer "Almaniyanın gələcəyi üçün məsuliyyət. Dəyişən dünyada güclü bir Bundesver naminə" mövzusunda hökumət bəyanatı verib. O, çıxışı zamanı həmçinin Bundesverdə ekstremizmə yer olmadığını qeyd edib.
Almaniya KİV-nin məlumatına görə, 709 deputat yay tətilindən Berlindəki xüsusi iclasa çağrılıb.
Xatırladaq ki, A.Kramp-Karrenbauerin bu vəzifəyə təyin olunmasına dair qərar keçən həftə qəbul edilib. O, bu vəzifədə Avropa Komissiyasının sədri seçilən Ursula fon der Lyayeni əvəzləyəcək.