Almaniyanın səhiyyə naziri hakim Xristian Demokrat İttifaqı Partiyasının sədri olmaq niyyətindədir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Almaniyanın səhiyyə naziri Yens Şpan kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı Partiyasının sədri olmaq üçün namizədliyini irəli sürmək fikrindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Angela Merkelin partiyada əsas tənqidçisi olan Y.Şpan bu planını partiya ağsaqqallarının qapalı iclasında açıqlayıb.

O, 7-8 dekabr tarixində Hamburqda keçiriləcək partiyanın qurultayında namizədliyini irəli sürəcək.

Digər xəbərlər