​Almaniyanın kansleri: "Əsəd Suriya ilə bağlı danışıqlarda iştirak etməlidir"

Bakı. 24 sentyabr. REPORT.AZ/ "Bəşşar Əsəd də Suriyadakı münaqişənin tənzimlənməsi danışıqlarına cəlb edilməlidir".

"Report" BBC-yə istinadən xəbərə verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqının ötən gün keçirilən sammitində bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinə ABŞ, Rusiya, bölgənin aparıcı dövlətləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı da qatılmalıdır.

Xatırladaq ki, bir müddət öncə Qərb dövlətləri Bəşşar Əsədin danışıqlar prosesində iştirakına razılıq vermirdi. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12