Almaniyada yeniyetmənin məktəbdə qaz balonundan istifadəsi zamanı 30 şagirdin səhhətində problem yaranıb

Bakı. 5 mart. REPORT.AZ/ Almaniyanın Zultsbax kommunasında yeniyetmənin məktəbdə qaz balonundan istifadə etməsi nəticəsində onlarla şagirdin tənəffüs yollarında problemlər yaranıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Mayn-Taunus rayonunun polisi məlumat yayıb.

Bildirilir ki, şagirdlərdən biri məktəbin foyesində qaz balonundan istifadə edib. Nəticədə şagirdlərin tənəffüs yollarında problemlər yaranıb. Hadisə zamanı 10 şagird (10-15 yaş arası) xəstəxanaya yerləşdirilib, digərlərinə məktəbdə tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28