Bakı. 15 dekabr. REPORT.AZ/ Almaniyanın Baden-Vürtemberq federal torpağının Ravensburq dairəsində "Cessna 510" tipli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
"Report" "Berliner Zeitung" nəşrinə istinadən xəbər verir ki, hadisə meşə massivində baş verib.
Təyyarə Frankfurt Mayndan Fridrixsafen şəhərinə uçurmuş.
Əldə edilən məlumata görə, hadisə yerində polis və kinoloqlar işləyir.