Almaniyada sürücü maşını dayanacağa sürüb, ölən və yaralananlar var - VİDEO

Bakı. 21 dekabr. REPORT.AZ/ Almaniyanın Reklinqhauzen şəhərində sürücünün maşını dayanacağa sürməsi nəticəsində 1 qadın ölüb, daha 9 nəfər isə yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə dekabrın 20-si günün ikinci yarısında baş verib.

İlkin məlumata görə, toqquşma nəticəsində özü də xəsarət alan avtomobilin sürücüsü sui-qəsd etmək niyyətində olub.

Hazırda qəzanın bütün təfərrüatları araşdırılır.

Digər xəbərlər