Almaniyada "şeytan çarxı"nın kabinaları yerə düşüb, 8 uşaq xəsarət alıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniyanın Tirşenroyt şəhərində "şeytan çarxı"nın kabinalarının yerə düşməsi nəticəsində 8 uşaq xəsarət alıb.

“Report” "Spiegel Online" nəşrinə istinadən xəbər verir ki, uşaqlar müxtəlif travmalarla xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, ciddi yaralanan yoxdur.

Polis nümayəndəsi qeyd edib ki, "şeytan çarxı" 4 metr diametrində olub.

Bundan əvvəl Fransanın Nyovil-sür-Sone şəhərində attraksionda baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10