Almaniyanın Leverkuzen şəhərindəki kimyəvi sənaye müəssisəsində baş verən partlayış nəticəsində 5 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.
Bildirilib ki, Almaniya hökuməti mülki insanları qorumaq məqsədilə partlayışın “fövqəladə təhlükəli” olması barədə xəbərdarlıq edib.
13:08
Almaniyanın cənubunda yerləşən Şimali Reyn-Vestfaliya Federal Torpağının Leverkuzen şəhərindəki zibil poliqonunun ərazisində partlayış olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı “Rheinische Post” qəzeti yayıb.
Partlayışın səbəbi hələlik məlum deyil.
Hadisənin Almaniyanın “Bayer” kimyəvi-farmokoloji şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Bu, Avropanın ən böyük kimyəvi sənaye müəssisələrindən biri sayılır.