Almaniyada naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib, ölən və yaralananlar var

Bakı. 20 iyul. REPORT.AZ/ Almaniyanın Lübek şəhərində bıçaqla silahlanmış naməlum şəxs avtobusun sərnişinlərinə hücum edib.

"Report" Britaniya KİV-inə istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Polis hazırda cinayətin motivlərini aydınlaşdırır.

Digər xəbərlər