Almaniyada məktəbdə atışma olub, yaralanan var

Almaniyanın Bremerhafen şəhərində məktəbdə atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Atışma nəticəsində bir nəfər ağır yaralanıb. Onun məktəb işçisi olduğu deyilir.

Şagirdlər arasında xəsarət alan olmayıb.

Polis hücum edənlərdən birini saxlamağa müvəffəq olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10