Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb

Almaniyada koronavirusun Braziliyada yayılan ştamına ilk yoluxma halı aşakrlanıb.

“Report” DPA-ya istinadən xəbər verir ki, Hessen əyalətinin sosial işləri naziri Kay Klose ötən gün Braziliyadan Frankfurt-Mayna gəlmiş həmin şəxsin xəstəliyi hazırda əlamətsiz keçirdiyini bildirib.

Xatırladaq ki, Braziliyada koronavirusun yeni mutasiyası ötən ilin dekabr ayında aşkarlanmışdı. Böyük Britanina ekspertlərinə görə Braziliya ştamının iki növü var.

Digər xəbərlər