Almaniyada ötən sutkada 1 639 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada qeydə alınan yoluxma hallarının sayı 160 758-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 193 nəfər artaraq 6 481-ə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 310 000-i ötüb. Bunların 1 043 245 nəfəri sağalıb, 234 143 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.