Almaniyada koronavirusa yoluxanların sayı artır

Almaniyada koronavirusa yoluxanların sayı 17-yə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Federal Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, yoluxanlardan birinin vəziyyəti ağırdır.

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 769 nəfərdir. Virus daşıyıcılarının sayı isə 81 220-dən çoxdur. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10