Bakı. 7 oktyabr. REPORT.AZ/ Almaniyanın şərqində yerləşən Türingiya federal torpağının Apolda şəhərində ifrat sağların rok konserti zamanı baş vermiş iğtişaşda 8 polis əməkdaşı xəsarət alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Bildirilir ki, sağçı ekstremistlər polislərə daş və butulka atıblar.
Sağ radikalların konserti hüquq-mühafizə orqanlarının nəzarəti altında keçirilib. Tədbirdə 700-dən çox insan iştirak edib. Eyni sayda yerli sakin sağ ekstremistlərin əleyhinə nümayişə çıxıb.