Almaniyada hərbçi 4 nəfəri öldürüb

Almaniyanın Şessel yaşayış məntəqəsində (Aşağı Saksoniya federal torpağı) atışma nəticəsində 4 nəfər həlak olub.

“Report” bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs hərbçidir.

İlkin məlumatlara görə, cinayət martın 1-də gecə fərdi yaşayış evində baş verib. Hadisəyə səbəb kimi ailə daxilində fikir ayrılıqları göstərilir. Amma atəş açan şəxsin və ölənlərin kimliyi məlum deyil.

Şübhəli şəxs artıq saxlanılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10