Almaniyada Fransadakı “sarı jiletlilərə” dəstək aksiyası keçirilib

Bakı. 3 dekabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində Fransada keçirilən etiraz aksiyalarına dəstək mitinqi keçirilib.

“Report” “yeniakit”ə istinadən xəbər verir ki, akisya iştirakçıları Berlinin Brandenburq qapısı adlanan hissəinə toplaşıblar.

Bildirilb ki, iştirakçılar Fransadakı “sarı jiletlilərin” aksiyasına dəstək şüarları söyləyiblər.

Almaniyadan əvvəl Belçika və Hollandiyada da etiraz aksiyası keçirilib.

Qeyd edək ki, Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası davam edir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10