Almaniyada dron hissələrini Rusiyaya satan iş adamının həbsinin müddəti uzadılıb

Almaniya hökumətinin xarici iqtisadi fəaliyyət haqqında qanunu pozmaqda ittiham etdiyi Rusiyaəsilli alman iş adamının həbsinin müddəti uzadılacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Federal Məhkəmə Palatasə yayıb.

Saar federal əyalətində iki şirkəti idarə edən sahibkar Rusiya ordusunun Ukraynada istifadə etdiyi “Orlan-10” pilotsuz uçuş aparatları da daxil olmaqla, hərbi texnika istehsal edən Rusiya müəssisəsini elektron komponentlərlə təchiz etməkdə ittiham olunur.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12