Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 20 minə yaxın insan təxliyyə edilib

Bakı. 27 avqust. REPORT.AZ/ Almaniyanın Lüdviqshafen şəhərində tapılmış II Dünya müharibəsi illərinə aid yarımtonluq aviabombanın zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat zamanı 18,5 mindən çox insan təxliyyə edilib.

“Report” xəbər verir ki, Amerika istehsalı olan bomba çərşənbə günü tikinti işləri zamanı tapılıb, onun zərərsizləşdirilməsinə isə bazar günü başlanıb.

Bunun üçün ətrafdakı evlərin sakinləri köçürülüb, ərazi dövrəyə alınıb. Təhlükəli tapıntının zərərsizləşdirilməsi prosesi 1 saat vaxt aparıb, daha sonra sakinlər öz evlərinə qayıdıblar, nəqliyyatın hərəkəti bərpa olunub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10