Almaniyanın Ştutqartdan çox aralıda yerləşən Leinfelden-Echterdingen şəhərində (Baden-Vürtemberq federal əyaləti) avtomobil şou zamanı aşıb və izdihama çırpılıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi polis nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində üçü uşaq olmaqla yeddi nəfər xəsarət alıb.
Əlavə məlumat verilmir.