Almaniyanın xarici işlər naziri Yohan Vadeful omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Vadeful "X" sosial şəbəkəsində yazıb.
"Mənim həmkarım, Omanın xarici işlər naziri Bədr əl-Busaidi və mən Hörmüz boğazında və Bab-əl-Məndəb boğazı yaxınlığında vəziyyətin yaxşılaşdırılması üzrə gələcək addımları müzakirə etdik. Azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi dünya ticarəti və regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir", - o bildirib.
O, həmçinin yaranmış vəziyyətin nizamlanmasında Omanın fəal rolunu qeyd edib.