Almaniya və Belçikada temperatur rekordları qeydə alınıb

Almaniyanın Qaylenkirxen şəhərində anomal istilər qeydə alınıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, termometrdə göstərici 40,5 dərəcə selsi səviyyəsinə qədər yüksəlib. Bu isə Almaniyada temperatur rekordudur.

Belçika da istilik rekordu müəyyənləşib - 40,2 dərəcə. Rekord ölkənin şərqindəki Lyej bölgəsində qeydə alınıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10