Almaniya Ukraynaya yeni yardım paketini təqdim edib

Almaniya hökuməti Ukraynaya 3 840 ədəd 155 mm kalibr artilleriya mərmisinin daxil olduğu yeni hərbi yardım paketini təqdim edib.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın federal hökuməti məlumat yayıb.

Yeni paketə 3 840 ədəd 155 mm kalibr artilleriya mərmisi, 5 ədəd dronları aşkarlama sistemi, 4 ədəd 8x8 HX81 yedəkçisi və yarımqoşqular, 8 ədəd “Zetros” yük maşını, 3 ədəd nəqliyyat vasitəsi (yük avtomobili, mikroavtobus, xizəkli-tırtıllı avtomobil), sərhəd xidməti üçün 2 ədəd avtomobil, 25 ədəd lazer uzaqlıqölçəni, 15 ədəd HLR 338 snayper tüfəngi və 60 min güllə, 250 ədəd partladıcı materiallı alət dəsti daxil edilib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12