Almaniya Ukraynaya 1 milyard avro qrant ayıracaq

Almaniya Ukraynaya 1 milyard avro qrant ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk teleqramda məlumat yayıb.

"Bugünkü iclasda Almaniyadan büdcə dəstəyi üçün 1 milyard avro məbləğində qrantın cəlb edilməsi təsdiq edilib", - o qeyd edib.

Vəsaitlər Ukrayna iqtisadiyyatını sabitləşdirmək məqsədilə büdcə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28