Almaniya tibbi ləvazimat qıtlığı ilə üzləşə bilər

Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyünü “sərt” üsulla, yəni müvafiq saziş imzalanmadan tərk etməsi variantı gerçəkləşərsə, Almaniya tibbi məhsulların qıtlığı ilə üzləşə bilər.

“Report” “Handelsblatt”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Şpan bildirib.

O, belə olan halda ürək stimulatorları, qan analiz vasitələri, implant məhsulları üçün təkrar lisenziya almaq zərurətinin ortaya çıxacağını diqqətə çatdırıb.

“Tibbi təyinatlı on minlərlə məhsul satışı mümkün olmadığından Avropa bazarından yığışdırılacaq”, – nazir deyib.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12