Almaniya Suriyaya 1200 hərbçi göndərə bilər

Bakı. 29 noyabr. REPORT.AZ/ Terrorçu "İŞİD" təşkilatı ilə daha effektiv mübarizə məqsədi ilə Suriyaya 1200 alman hərbçisi göndərilə bilər.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya Hərbi Qüvvələrinin (Bundesfer) baş müfəttişi Folker Viker bildirib.

Onun sözlərinə görə, hərbçilər hazırda Yaxın Şərq regionunda olan aviasiya və donanmanın fəaliyyətinə dəstək verəcək.         

Digər xəbərlər

Livanda matəm elan olunub 09 aprel, 2026 / 05:51