Almaniya sakinlərinin üçdə ikisi kanslerin dəyişdirilməsini istəyir

Almaniya sakinlərinin demək olar ki, üçdə ikisi Almaniya kansleri Olaf Şoltsun dəyişdirilməsini istəyir.

“Report” xəbər verir ki, bu barədə INSA institutunun Bild üçün apardığı araşdırmada göstərilib.

Qeyd olunub ki, sorğuda iştirak edənlərin əksəriyyəti hazırkı müdafiə naziri Boris Pistoriusu kansler vəzifəsində görmək istəyir.

Belə ki, Almaniya sakinlərinin 64,3%-i Şoltsun Pistoriusla əvəzlənməsinin tərəfdarıdır.

Bundan əvvəl “Civey” sosioloji institutunun sorğusuna əsasən məlum olub ki, Almaniya vətəndaşlarının yarıdan çoxu Olaf Şoltsun ​​rəhbərlik etdiyi “Svetofor” koalisiya hökumətinin 2024-cü ildə dağılacağına inanır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10