Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb

Almaniya Baş Prokurorluğu Mərkəzi Asiyadan olan 7 radikal islamçıya qarşı ittiham irəli sürüb.

“Report” xəbər verir ki, onlar Tacikistan, Türkmənistan və Qırğızıstan sakinləridir.

Onların adları hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, Almaniya polisi onları 2023-cü ilin iyulunda saxlamışdı. Qruplaşma üzvlərinin Avropa ölkələrindən birində terror aktı törətməyi planlaşdırdıqları bildirilirdi.

Almaniya Baş Prokurorluğundan verilən məlumata görə, şübhəlilər İŞİD nümayəndələri ilə əlaqə saxlayıblar. Eyni zamanda məlum olub ki, islamçıların qanunsuz əməllər törətmək üçün konkret planı olmayıb.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43
Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28