Almaniya prezidenti: “Ukrayna sülh danışıqlarına müstəqil qərar verməlidir”

“Ukrayna Rusiya ilə sülh danışıqlarına müstəqil qərar verməlidir”.

“Report” xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, Ukrayna cəmiyyəti atəşkəslə bağlı danışıqların başlanmasına müstəqil qərar verə bilməlidir.

“Ukrayna üçün qərar verə bilməzsiniz. Ukrayna bu cür danışıqları nə vaxt istədiyini və perspektivli hesab etdiyini deməlidir”.

Almaniya prezidenti əlavə edib ki, danışıqların başlanması Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək üçün deyil, Rusiyaya qarşı müharibədə əvvəllər Kiyevə kömək etməyən digər ölkələrin daimi dəstəyini almaq üçün edilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10