Almaniya kansleri: "Müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır"

Almaniya kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməkdə ittiham edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, Şolts bu barədə partiya iclasında deyib.

O bildirib ki, müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır.

“Rusiya imperialist maraqları rəhbər tutaraq Ukraynaya hücum etdi. Aqressiv müharibənin məqsədi əraziləri ələ keçirməkdir. Almaniya bunu qəbul etmir”, - kansler vurğulayıb.

Qeyd edək ki, Almaniya müharibənin ilk günündən etibarən Ukraynaya dəstək verir, ölkəyə humanitar və hərbi yardımlar göndərir, Rusiyaya sanksiyalar tətbiq edir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43