Bu gün Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit deyib.
Onun sözlərinə görə, tərəflər Ukrayna ilə bağlı vəziyyəti müzakirə edəcəklər.
O bildirib ki, Berlin ABŞ prezidenti Cozef Baydenin Putinlə gələcək təmaslarını dəstəkləyir.