AKP-nin sözçüsü Ukraynadakı Krım tatarlarından danışıb

Türkiyənin hakim partiyası AKP-nin sözçüsü Ömər Çelik Ukraynadakı Krım tatarlarının taleyi ilə bağlı məsələyə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Qardaşlarımız olan Krım tatarları ilə maraqlanırıq. Prezidentimizin müharibənin ilk günündən etibarən verdiyi tapşırıqlarda Krım tatarlarının təhlükəsizliyi prioritet idi” - paylaşımda bildirilib.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08