Aİ: "Ukraynaya dəstəyimizi davam etdirəcəyik"

“Avropa İttifaqı Ukraynanın yanındadır. Nə qədər lazımdırsa, dəstəyimizi davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O, 28 iyul - Dövlətçilik Günü münasibətilə Ukraynanı təbrik edib.

Qeyd edək ki, Ukrayna Dövlətçilik Günü ölkə prezidentinin 24 avqust 2021-ci il tarixli fərmanı ilə təsis edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10