Bakı. 1 fevral. REPORT.AZ/ Suriya üzrə üçüncü beynəlxalq donor konfransı martın 12-14-də keçiriləcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib.
Onun sözlərinə görə, konfrans Brüsseldə baş tutacaq.